https://innews.media/uploads/news/2025-06/_innews_fdd1d23b5262784bcb3f8cb90_o.jpg
Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında medal qazana bilməyib.
Fidan Əlizadə (57 kq) 1/16 final mərhələsində Maritsa Perişiçə uduzub. Rəşid Məhəmmədəliyev ilk raunnda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, ardınca 1/8 finalda Laşa Şavdatuaşvilidən güclü olub. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub.
Qeyd edək ki, daha əvvəl olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə yenilib.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin