https://innews.media/uploads/news/2025-06/_innews_05c1216c6b35b0e3ad2f78f1f_o.jpg
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
innews.media xəbər verir ki, müqavilədə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 7 717 manatdır.
Bakı şəhəri Binəqədi rayonu, Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən, Ağa Nemətulla küçəsi, ev 13 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işlərinin təşkili ilə əlaqədar layihə-smeta sənədləri hazırlanacaq.