https://innews.media/uploads/news/2025-06/_innews_77b70bf2a30ebd0c316341a3b_o.jpg
İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-ə tam üzvlüyü qəbul edilib.
Bununla yanaşı, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya Kubokunun 2026-cı ilin 14-15 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Ən son xəbərləri səhifəmizdən də izləyin