logo
Macarıstanın MATE Universitetinin bir qrup alimi ADAU-da olub

Macarıstanın MATE Universitetinin bir qrup alimi ADAU-da olub

Macarıstanın MATE Universitetinin bir qrup alimi ADAU-da olub Macarıstanın MATE Universitetinin bir qrup alimi ADAU-da olub

Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, MATE-nin Kəndlərin İnkişafı və Davamlı İqtisadiyyat İnstitutu, Aqroturizm kafedrasının müdiri, dosent Peter Szabo və dosent Mihaly Veszelka ADAU-da səfərdə olublar.

Səfər çərçivəsində qonaqlar Universitetin maddi-texniki bazası ilə tanış olaraq, laboratoriyalar və innovasiya mərkəzinin iş proseslərini izləyib, əməkdaş və tələbələrlə fikir mübadiləsi aparıblar.

Təşkil olunan seminarlarda MATE-də təhsil şəraitini və perspektivlərini təqdim edərək, fakültələrin beynəlxalq layihələrdə rolunun gücləndirilməsi və aqroturizm fəaliyyətlərinin təşkili sahəsində təcrübə və tövsiyələrini bölüşüblər.

Həmçinin, ADAU-nun beynəlmiləlləşmə siyasətinin əsas tərkib hissəsi kimi, gələcəkdə də xarici tərəfdaş universitet əməkdaşlarının seminar və kurslarının müntəzəm olaraq davam etdiriləcəyini vurğulayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media