logo
AccessBank-da “Qızıl Şans” lotereyası davam edir!

AccessBank-da “Qızıl Şans” lotereyası davam edir!

AccessBank-da “Qızıl Şans” lotereyası davam edir! AccessBank-da “Qızıl Şans” lotereyası davam edir!

Hər zaman müştəriyönümlü məhsul və kampaniyaları ilə seçilən AccessBank "Qızıl Şans" adlı stimullaşdırıcı lombard lotereyasını davam etdirir. Müştərilərə dəyərli hədiyyələr qazanmaq imkanı təqdim edən bu kampaniya 17 aprel 2025-ci ildən etibarən start götürüb və bu günə qədər artıq 2 000-ə yaxın yeni və mövcud müştəri lotereyaya qoşulub.

Tirajlarda yalnız 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında (I tiraj) və 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında (II tiraj) lombard krediti rəsmiləşdirən müştərilər iştirak edə bilərlər. Hər 1 000 AZN məbləğində lombard krediti müqabilində 1 iştirak haqqı qazanılır. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən ediləcək və onlara saf qızıl külçələr təqdim olunacaq.

Mükafatlar aşağıdakı kimidir:

I yer: 50 qram 999.99 əyyarlı qızıl (1 qalib)

II yer: 30 qram qızıl (2 qalib)

III yer: 20 qram qızıl (3 qalib)

IV yer: 10 qram qızıl (6 qalib)

Tirajlar müvafiq olaraq 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində AccessBank-ın Baş ofisində keçiriləcək və bankın rəsmi Facebook, InstagramLinkedIn hesablarında canlı yayımlanacaq.

Əsas şərtləri bir daha xatırladaq:

- Lotereyada yalnız 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilər.

- Kampaniya yalnız lombard kreditlərinə aiddir.

- Hər müştəri yalnız bir dəfə qalib ola bilər.

- Kredit öhdəlikləri tam bağlanmamış müştərilərə uduş təqdim olunmur.

- Qazanılan uduşların pul qarşılığı verilmir.

Qızıl külçə qazanmaq şansını qaçırmayın!

Lotereya ilə bağlı daha ətraflı məlumat “Qızıl Şans” kampaniyasının səhifəsində və AccessBank-ın sosial media platformalarında təqdim olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin