logo
Nərmin Kərimbəyova: “Qızım bilərəkdən heç nə etməyib, məsuliyyəti daşımağa hazıram”

Nərmin Kərimbəyova: “Qızım bilərəkdən heç nə etməyib, məsuliyyəti daşımağa hazıram”

Nərmin Kərimbəyova: “Qızım bilərəkdən heç nə etməyib, məsuliyyəti daşımağa hazıram” Nərmin Kərimbəyova: “Qızım bilərəkdən heç nə etməyib, məsuliyyəti daşımağa hazıram”

Əziz izləyicilərim, mən Nərmin Kərimbəyova mənimlə və övladımla bağlı yaşanan bu hadisəyə rəsmi şəkildə aydınlıq gətirmək istəyirəm.

Mən hadisəni fakta söykənərək danışacam. Təxminən, 1 həftə, 10 gün əvvəl övladım evə gəlib dedi ki, ana bizim məhəllədə istifadə olunmayan bir furqon var. İçərisində, üzərində də təhqiramiz sözlər, söyüşlər qeyd olunub. İçərisi də boşdur, oturacaqlar filan çıxarılıb. Qızım da rəssamlıqla məşğuldur, istedadlıdır. Dedi ana olar, mən də orda çəkimlər edim? Onsuz da üstündə yazılar var idi. Uşaq mənə məlumatı bu cür bildirib. Dəqiqləşdirdim görüm doğrudan da istifadə olunmayan maşındır? 11 yaşlı uşağın fikrincə bu köhnəlmiş, unudulmuş maşındır. O da üstündə rəsmlər çəkib və bunu da mənə məlumat vermişdi. Bununla da söhbət bitmişdi. Günlər keçdi, qapıma polis gəldi mənim adımla. Dedilər uşaqla danışmaq istəyirik. İcazə verdim. Uşaqla danışdılar, övladım mənə dediklərini polislərə də dedi. Qızım dedi ki, amma maşının üstünə çıxmamışam, bizdən öncə də yazılar var idi, mən sadəcə orda şəkillər çəkmişəm. Polislər getdi və ərizə yazmağımız üçün idarəyə çağırdılar. Ondan sonra məsələni yönəltdim uşağın atasına və ona da bu barədə ətraflı məlumat verdim, övladımın səhvini də dedim atasına. Təzminat ödənilməlidirsə, onu da edək. Övladımın səhvi var amma bu qəsdən, bilərəkdən olmayıb. Yenə də uşağın valideyni bu məsuliyyəti daşıyır. Atası bölməyə gedəndə videonu uzaqdan ona göstərib deyiblər ki, guya uşaqlar başqa zərər də yetiriblər. Bizə görə isə o, yalnız şəkil çəkib. Bildiyim qədərilə Dilarənin atası şikayətçi ilə danışıb, məncə söhbətləri düz gətirməyib. Qarşı tərəfin səsləndirdiyi məbləğ ağıla batan olmayıb. Ondan sonra uşağın atası deyib ki, hansı addım atırsınızsa, məhkəməyə verirsinizsə, daha o sizin işinizdir. Bir - birilərini başa düşməyiblər, yəni, anlaşılma baş tutmayıb. İşin sonrakı gedişatı haqqında mənim xəbərim yoxdur. Çünki mən maşının sahibi ilə tanış deyiləm. Mənimlə heç kim əlaqə saxlamayıb, etirazını bildirməyib. Hansısa anlaşılmazlıq kobud formada səhv gedib. Əslində çox rahat formada çoxdan həll oluna bilərdi. Səhv yönəlmə olub. Nəticədə ötən gecə mən görürəm ki, instaqramda paylaşımlar olunur, adım qeyd olunur, iki uşağın uzaqdan göründüyü video yayılır və s. Şəxsiyyəti, ləyaqəti alçaldan kəlimələrdən istifadə edərək mənim ünvanıma heç vaxt tanımadığım, bugünə kimi əməkdaşlığım olmadığı şəxsdən təhqiramiz sözlər işlədilir. Övladımın da orda göstərilməsi xoşagəlməzdir. Mənim uşağım mədənidir. O cinayətkar deyil, qatı cinayət törətməyib. Hardasa səhv şəkil çəkibsə, onun məsuliyyətini valideyn daşıyır. Uşağın 11 yaşı var. Kimin nə narazılığı varsa, mən gözləyərdim ki, əlaqə saxlasın. Bizim camiyədən olduğunu bilsəydim, özüm onunla əlaqə saxlayardım. Mənimlə ünsiyyət qurmayıb, səhifələrdə adımdan sözlər yazılır. Guya mən demişəm ki, uşağım əcəb edir. Mən heç vaxt o sözü deməmişəm. Haqqımda yazılan o nalayiq kəlimələr imkan verirdi ki, mən də əsaslı addım adım. Etmədim. Hələ də düşünürəm ki, bu məsələni sülh yolu ilə həll edə bilərik. Hər halda mən öz cəhdimi edəcəm, baxaq görək davamı necə gəlir. Sözümün canı odur ki, biz onlar dediklərini etməmişik amma uşaq zərər yetirib düzdür. Buna görə təzminat lazımdırsa, olsun. Məsuliyyəti daşımağa, bütün danışıqlara hazırıq.

Xatırladaq ki, tanınmış fotoqraf Kelvin Qasımov özünəməxsus furqonunun müğənni Nərmin Kərimbəyovanın qızının yararsız hala saldığını iddia edib. Bununla bağlı görüntülər yayımlayan fotoqraf ölkədə 1 ədəd olan "Ford MK 2" avtobusu ifaçının qızının yazdığını bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media