logo
Minifutbol üzrə dünya çempionu millimizə paytaxtda zəfər yürüşü

Minifutbol üzrə dünya çempionu millimizə paytaxtda zəfər yürüşü

Minifutbol üzrə dünya çempionu millimizə paytaxtda zəfər yürüşü Minifutbol üzrə dünya çempionu millimizə paytaxtda zəfər yürüşü

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə Bakıda şəhər turu keçirilib. Şəhər turunda dünya çempionatında mübarizə aparan azərbaycanlı futbolçular iştirak ediblər.

 Marşrut şəhərin tarixi və görməli yerlərindən keçib. Bundan sonra isə dünya çempionatındakı qələbəyə həsr olunmuş konsert proqramı təşkil olunub.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin