https://innews.media/uploads/news/2025-06/_innews_d7438be5e3e5badf49f16bc60_o.jpg
Seçmə komandanın üzvü Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.
Onur bu məqsədlə milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb. "Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.
Onur Quluzadə ardınca, İsveçin Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin