logo
Azərbaycan cüdoçuları Sarayevoda Avropa Kubokunda mübarizə aparacaq

Azərbaycan cüdoçuları Sarayevoda Avropa Kubokunda mübarizə aparacaq

Azərbaycan cüdoçuları Sarayevoda Avropa Kubokunda mübarizə aparacaq Azərbaycan cüdoçuları Sarayevoda Avropa Kubokunda mübarizə aparacaq

31 may – 1 iyun tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək. Turnirdə ölkəmizi qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 6 çəki dərəcəsində 8 cüdoçu təmsil edəcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq.

Qadınlar

-48 kq
Leyla Əliyeva
Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

-57 kq
Ülviyyə Bayramova

-63 kq
Nərgiz Hacıyeva

-70 kq
Günel Həsənli
Aytac Qardaşxanlı

-78 kq
Nərmin Əmirli

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media