logo
Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək

Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək

Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək

31 may – 1 iyun 2025-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçiriləcək fullkontakt kyokuşin karate üzrə 1-ci dünya çempionatında Azərbaycanı kyokuşin karate üslubu üzrə iki karateçi təmsil edəcək. Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.

Ölkəmizi 60 kq çəki dərəcəsində Azərbaycan Karate Federasiyasının kyokuşin karate üzrə milli komandasının üzvləri Balaəmi Əhmədov və 70 kq çəki dərəcəsində Əliqismət Həsənov təmsil edəcək. Komandaya AKF -in kontakt üslublar üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə rəhbər Allahverdi Rüstəmov rəhbərlik edir.

Qeyd edək ki, baş məşqçi Samir Məmmədov və beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda ölkəmizi təmsil edəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media