logo
Röyadan “Bədənimə dol” mahnısının akustik versiyası - duyğulara toxunan yeni təqdimat

Röyadan “Bədənimə dol” mahnısının akustik versiyası - duyğulara toxunan yeni təqdimat

Röyadan “Bədənimə dol” mahnısının akustik versiyası - duyğulara toxunan yeni təqdimat Röyadan “Bədənimə dol” mahnısının akustik versiyası - duyğulara toxunan yeni təqdimat

Azərbaycan Pop Kraliçası Röyadan “Bədənimə dol” mahnısının akustik versiyası – duyğulara toxunan yeni təqdimat

Azərbaycan estradasının əvəzolunmaz səsi, Xalq artisti Röya Ayxan, illər öncə böyük uğur qazanmış “Bədənimə dol” mahnısının akustik versiyasını təqdim etdi. Bu yeni təqdimat Röyanın 25 illik səhnə fəaliyyətinin bir parçası kimi dinləyicilərlə paylaşılır və sənətkarın musiqi yolçuluğundakı səmimi dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.

Minimalist musiqi müşayiəti və canlı vokalla ifa edilən akustik versiya dinləyicilərə Röyanın emosional dərinliyini, sözlərə verdiyi canı və zaman keçsə də, mahnının təsir gücünün necə qorunduğunu bir daha hiss etdirir.

“Bədənimə dol mənim üçün xüsusi bir mahnıdır,” – deyə Röya bildirib. “İllər əvvəl bu mahnını oxuyanda içimdə başqa bir Röya vardı. İndi isə daha yetkin, daha səmimi bir halımla bu sözləri yenidən dinləyicilərə çatdırmaq istədim.”

Mahnının akustik versiyası Röya Ayxanın rəsmi YouTube kanalı və bütün rəqəmsal platformalarda yayımlanıb. İfa sənətkarın 25 illik musiqi yolunun həm retrospektiv təhlilidir, həm də onun sənətdəki gələcək istiqamətinin xəbərçisidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media