logo
BANM rektoru DAAD Regional ofisinin rəhbəri ilə görüş keçirdi

BANM rektoru DAAD Regional ofisinin rəhbəri ilə görüş keçirdi

BANM rektoru DAAD Regional ofisinin rəhbəri ilə görüş keçirdi BANM rektoru DAAD Regional ofisinin rəhbəri ilə görüş keçirdi

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov DAAD Regional Tbilisi ofisinin rəhbəri Gebhard Reul və təhsil və təqaüd proqramları üzrə koordinator Sevər Qarayevanı qəbul edib, əməkdaşlıq imkanları və gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparıb.

 Daha sonra məktəbdə DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdlərinə dair məlumat sessiyası keçirilib. Tədbirdə iştirakçılara Almaniyada təhsil imkanları, təqaüd proqramları və qəbul prosesi haqqında ətraflı məlumat verilib.

 Görüş zamanı DAAD təqaüdlərinin növləri, xüsusilə magistratura səviyyəsində olan proqramlar və Alman dili yay məktəbləri üçün nəzərdə tutulmuş təqaüdlər ətrafında müzakirələr aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin