logo
ADA tələbələri Uşaqlar gününü şəhid övladları və uşaq evinin sakinləri ilə qeyd ediblər

ADA tələbələri Uşaqlar gününü şəhid övladları və uşaq evinin sakinləri ilə qeyd ediblər

ADA tələbələri Uşaqlar gününü şəhid övladları və uşaq evinin sakinləri ilə qeyd ediblər ADA tələbələri Uşaqlar gününü şəhid övladları və uşaq evinin sakinləri ilə qeyd ediblər

1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə ADA Universitetinin Fondu (ADAF) tərəfindən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir təşkil olunub. Sosial yönümlü bu tədbir çərçivəsində ADA Universitetinin tələbələri, şəhid övladları və Lənkəran uşaq evinin sakinləri bir araya gələrək həmrəylik və bilik dolu bir gün keçiriblər.

Bu təşəbbüs həmçinin ADA tələbələrinin yalnız akademik sahədə deyil, cəmiyyət qarşısında da məsuliyyət daşıyan gənclər kimi formalaşdıqlarını və onlara aşılanan sosial həssaslıq dəyərlərini özündə əks etdirib.

Tədbir şəhid ailələrinin övladları və müxtəlif sosial qruplardan olan uşaqlarla gənclər arasında ünsiyyəti dərinləşdirmək, uşaqların məntiqi düşüncə tərzini inkişaf etdirmək, onlara faydalı bilik və bacarıqlar ötürmək məqsədi daşıyıb. Bu məqsəddən irəli gələrək ADA tələbələri uşaqlar üçün müxtəlif yarış və oyunlar təşkil ediblər. Həmin oyunlar yalnız əyləncəvi deyil, eyni zamanda yaradıcılığı ortaya qoymaq və komanda ruhunu təşviq etmək xarakteri daşıyıb.

Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və səmimi, mehriban mühitdə birgə nahar təşkil edilib.

ADAF-ın Sponsorluq layihələri şöbəsinin rəhbəri Firuzə İsmayıl Əliyeva bildirib ki, Lənkəranda keçirilən bu tədbirin əsas məqsədlərindən biri də gəncləri sosial baxımdan faydalı işlər görməyə və cəmiyyət üzvlərinə daha da həssaslıqla yanaşmağa təşviq etmək, onların daha anlayışlı və fəal vətəndaş kimi yetişməsinə fayda verməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin