logo
“Mən başlayanda özüm-özümə bir söz vermişdim” - Xalq artisti Röya

“Mən başlayanda özüm-özümə bir söz vermişdim” - Xalq artisti Röya

“Mən başlayanda özüm-özümə bir söz vermişdim” - Xalq artisti Röya “Mən başlayanda özüm-özümə bir söz vermişdim” - Xalq artisti Röya

Xalq artisti Röya dizayner Aynur Xəlilovanın yutub platformasında yayımlanan “Hərşeyşünas” podkastına qonaq olub. Müğənni veriliş zamanı həyat yolu, çətinlikləri və uğura aparan mübarizəsindən danışıb.

“Başlayanda özüm-özümə bir söz vermişəm: “Sən çox böyük müğənni olacaqsan, sən çox yüksəyə qalxacaqsan. Sənin bütün ailən, qohumların səninlə fəxr edəcək”– deyə Röya bildirib.

O, ailəsinin və ətrafının əvvəlcə ona inam göstərmədiyini vurğulayıb: “Məni qoymayan, sıxan ətrafım vardı. Anam harada olsam, xəbər verirdi atama, döyülürdüm. Deyirdilər ki, biz çox kasıbıq, sən heç nə edə bilməzsən. Biz sənin arxanda dura bilməyəcəyik”.

Müğənni vurğulayıb ki, bu səbəbdən heç kimlə rəqabət aparmır: “Bu dünyada, bu ölkədə mənə heç kəs maraqlı deyil. Mən heç kimlə rəqabət aparmıram, mən özüm-özümlə rəqabət aparıram. Mən bu şou-biznesə, estradaya yeni yol gətirdim, cığır saldım. Kimsənin mahnısı kimi mahnı alıb oxumadım”.

Geyim üslubuna və tənqidlərə də toxunan Röya bunları qeyd edib: “Bəlkə hansısa dükandan eyni geyim ola bilər. Amma biri nəsə deyəndə bu barədə çox gülməyim gəlir. Mən doğrudan da təkrar deyiləm. Sadəcə hamı inanmadığı halda deyirdi ki, “qara qız” bu nə gündədir? Bu gəlib keçə bilər? Sonra ayıldılar ki, nə danışırsan e? Bu  nəyin ki, keçmək,bilirsən haradadır?!”

Röya həmçinin bildirib ki, heç kim ona düşmənçilik edə bilməz: “Buna gücü çatmaz. Mən özüm də çox güclüyəm. Burada bilirsiniz necədir? Qarşı tərəf öz üzərində işləyir, mən də. Amma mən tək bir adamı görmürəm, mən öz üzərində işləyən başqalarını da görürəm. Ona görə də heç kimdən qorxmamışam, kiməsə görə səhnəyə gəlməmişəm”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media