https://innews.media/uploads/news/2025-05/_innews_4fe9b61dec5f9774ab319227f_o.jpg
28 May – Respublika Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı ədəbi-bədii tədbir Bakı Ali Neft Məktəbinin Ağ Şəhər kampusunda yüksək əhval-ruhiyyə və vətənpərvərlik ruhunda keçirildi.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qaımov,Koç Universitetinin rektoru Prof. Dr. Metin Sitti və BANM-ın müəllim heyəti tədbirdə iştirak edib.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Zəngin bədii proqramda vətən sevgisini tərənnüm edən şeirlər, monoloqlar və musiqi nömrələri səsləndirilib. Azərbaycan və dünya ədəbiyyatından nümunələrlə zənginləşdirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.