logo
Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə!

Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə!

Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə! Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə!

Bakı Ali Neft Məktəbinə doktoranturaya elektron sənəd qəbulu prosesi 13 may – 2 iyun 2025-ci il tarixlərində olacaqdır.

2025-ci il üzrə doktorantura səviyyəsinə qəbul ixtisasları aşağıdakılardır:

- Neft və qaz yataqlarıının işlənməsi və istismarı

- Kimya texnologiyası və mühəndisliyi

- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

 

Təhsil alma forması:

Əyani: Təhsil müddəti 3 il

Qiyabi: Təhsil müddəti 4 il

 

Tələb olunan sənədlərin siyahısı:

- ərizə (BANM-ın rektorunun adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi (möhürlü);

- tərcümeyi-hal (mütləq imzalanmalıdır);

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə (möhürlü);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı (möhürlü) və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (və diploma əlavənin) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 521-33-63 (Elmi katib) nömrəsinə zəng etməklə ala bilərlər.

Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: 

https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin