https://innews.media/uploads/news/2025-05/_innews_09e2941aafc2a6f113c11afc8_o.jpg
2025-ci il mayın 22-də Azərbaycan Respublikasının Prezidentinə tabe olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Əhməd Cavad İnstitutu arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, idarə heyətinin üzvü Cavid Vəliyev, baş məsləhətçi Mətin Məhmədli və mütəxəssis Fuad Abdullayev iştirak edib. Əhməd Cavad İnstitutunu isə İnstitutun rəhbəri professor Ruhi Ersoy və İdarə Heyətinin üzvləri – professor Hanifi Macit, professor Turan Şahin, dosent Esma Özdaşlı və Özgür Bayraktar təmsil ediblər.
Görüşdə Türk Dünyasında və beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə olunub, Türk Dövlətləri Təşkilatının Budapeşt toplantısı kontekstində TDT-nin və bütövlükdə Türk Dünyasının daha sıx inteqrasiyası üçün atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, İnstitutumuz ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin gələcəkdə həyata keçirə biləcəyi birgə layihə və əməkdaşlıq imkanları da müzakirə olunub.