https://innews.media/uploads/news/2025-05/_innews_79c109071e7ea42ac4cfbe7ac_o.jpg
Qazaxıstanın paytaxtı Astanada olan trek velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız Qazaxıstan Açıq çempionatında iştirak ediblər.
Komanda üzvlərimizdən Məryəm Hüseynova 2009-2010-cu il təvəllüdlü 38 idmançı arasında omnuim yarışlarının 200 metr məsafəyə sprint növündə 3-cü nəticə göstərib.
Eyni yaş kateqoriyasında mübarizə aparan Çingiz İsayev isə 40 iştirakçı arasında yarışı 4-cü pillədə tamamlayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin