logo
Ənənəvi yarışın ilk günündə 2 medal

Ənənəvi yarışın ilk günündə 2 medal

Ənənəvi yarışın ilk günündə 2 medal Ənənəvi yarışın ilk günündə 2 medal

İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə start verilib.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.

7 ölkənin idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə U20 milli komandanın 2 üzvü fəxri kürsüyə qalxıb.

Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.

Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.

Bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media