logo
Ölkə çempionatında ilk qaliblər məlum olub

Ölkə çempionatında ilk qaliblər məlum olub

Ölkə çempionatında ilk qaliblər məlum olub Ölkə çempionatında ilk qaliblər məlum olub

“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.

Artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb.

Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media