https://innews.media/uploads/news/2025-05/_innews_898481732f5523ad2730b88c6_o.jpg
Milli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamenti sədrinin dəvətinə əsasən mayın 3-də bu ölkənin Harare şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində Milli Məclisin deputatları bir sıra görüşlər keçirəcək, qanunverici orqanlar arasında təcrübə mübadiləsinə və qarşılıqlı münasibətlərin perspektivlərinə dair müzakirələr aparacaqlar.
Səfər mayın 8-də başa çatacaq.