https://innews.media/uploads/news/2025-05/_innews_a9a775cf3ab7b9082f35cf5f1_o.jpg
13 may 2025-ci il tarixdə Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mediasiya haqqında maarifləndirici tədbirlər planına uyğun olaraq Füzuli rayonu 59 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.
Görüşdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hüquqşunas-mediatoru Rahib Məmmədov və məktəbin müəllim heyəti iştirak etmişdir.
Mediasiya sahəsindəki yeniliklərin, ictimaiyyətin bu sahədə yaşaya biləcəyi çətinliklər və onların həlli yollarının müzakirəsi ilə keçən görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin