AZCON Holding-in tərkibində fəaliyyət göstərən Azərbaycan Dəmir Yolları (ADY) 2025-ci ilin yanvar-aprel ayları ərzində 3 milyona yaxın sərnişin daşıyıb. Bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir.
Bununla yanaşı, ilin ilk rübündə qatarla səfər etmiş xarici turistlərin sayı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu göstərici 33% yüksələrək 8 281 nəfərə çatıb.
Bu artım, ölkədə dəmir yolu xidmətlərinə artan etimadın və beynəlxalq turizmdəki müsbət dinamikanın göstəricisidir.
Ən son xəbərləri səhifəmizdən də izləyin