logo
İstanbulda gənclər arasında Avropa Kuboku start götürüb

İstanbulda gənclər arasında Avropa Kuboku start götürüb

İstanbulda gənclər arasında Avropa Kuboku start götürüb İstanbulda gənclər arasında Avropa Kuboku start götürüb

Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku start götürüb.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan yarışın ilk günündə Azərbaycan cüdoçuları aktivlərinə 3 medal yazdırıblar.

-66 kq çəki dərəcəsində tatamiyə çıxan Nizami İmranov bütün rəqiblərindən üstün olaraq qızıl medalı boynundan asıb.

-60 kq çəkidə çıxış edən idmançılarımız Nihad Məmişov və Fərid Qarayev isə üçüncü yeri tutublar.

Qeyd edək ki, ölkəmiz turnirdə 38 cüdoçu ilə təmsil olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media