logo
Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək

Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək

Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək

Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib. Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq. 

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media