 https://innews.media/uploads/news/2025-05/_innews_9eb1ed9d1c003758d4a3f6b43_o.jpg
https://innews.media/uploads/news/2025-05/_innews_9eb1ed9d1c003758d4a3f6b43_o.jpg
				Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub. "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 19 yaşadək qızlar arasında Sümqayıt-1 kollektivi 1-ci yeri tutub. Bakı-1 ikinci, Şabran və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.
19 yaşadək oğlanların yarışında baş mukafata Bakı-1 komandası layiq görulüb. Sumqayıt kollektivi ikinci, Şabran və Bakı-2 üçüncü yeri tutub.
U-15 yaş dərəcəsində qızların mubarizəsi Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Bakı-1 ikinci, Sumqayıt-2 və Sumqayıt-3 üçuncü pillədə yer alıb.
15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. Bakı-1 ikinci, Sumqayıt-1 və Sumqayıt-2 komandası üçuncü yeri tutub.
