9 may 2025-ci il, saat 18:00-da Red Bull Gaming Ground və LaLiga Game Center-in təşkilatçılığı, Xiaomi brendinin dəstəyi ilə ilk dəfə olaraq “FC 25” 2v2 formatlı rəqəmsal futbol turniri keçiriləcək.
Turnir LaLiga Game Center-in Əhmədli filialında baş tutacaq və hər komandada iki iştirakçı yer alacaq. Bütün oyunlar PlayStation 5 üzərində oynanacaq.
Keçdiyimiz günlərdə seçim mərhələsində uğurla yarışan komandalar 9 may tarixində keçiriləcək final mərhələsində iştirak edərək dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Mükafatlar:
1-ci yer – Hər komanda üzvünə: PlayStation 5 PRO, DualSense controller, Xiaomi Pad 7 Pro
2-ci yer – Hər komanda üzvünə: Xiaomi OpenWear Stereo qulaqlıq
3-cü yer – Hər komanda üzvünə: Xiaomi Bluetooth Speaker təqdim ediləcək.
"FC 25" turnirinin final həyəcanını izləyici kimi yaşamaq istəyirsənsə, sən də bizə qoşul! Turnirə giriş sərbəstdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin