"Bəzi həkimlər ginikoloji otaq, həkim kabineti ilə ictimai yeri əshv salırlar".
innews.media xəbər verir ki, bunu AZXEBER.COM-a müsahibəsində Rövşanə Ağasəfqızı deyib.
Aparıcı bir çox uyğunsuz reklamlar edən həkimləri tənqid edib:
"Həkim var ki, bu gün o adamın adı dövlətin siyahısında yoxdur, amma sosial şəbəkələrdə bütün günü nailiyyətlərini paylaşır. Mən həkim reklamları barəsində buradan aidiyyatı qurumlara səslənmək istəyirəm. Bəzən o reklamları görəndə bütün abırımız, həyamız gedir. Bu həkimlər ginikoloji otaq, həkim kabineti ilə ictimai yeri əshv salırlar. Belə şeylərə ciddi nəzarət lazımdır. İki insan arasındakı özəl mesajlaşma sosial şəbəkədə ifşalanmamalıdır. Başqa həkim otaqlarına nəzərən gnikoloji müayinə otağı ən intim yer sayılır. Qadının ayaqlarını göyə qaldırıb bütün vaginasını çılpaqlığı ilə müzakirə edib göstərmək olmaz".
Ən son xəbərləri səhifəmizdən də izləyin