https://innews.media/uploads/news/2022-02/_innews_cb2414cbad4432e4742c90b09_o.jpg
Səyavuş Hüseynli-MTV Azərbaycan kanalı bədii rəhbəri- “Üzə-düz” proqramı
“Müğənnilərin kanallardan ödəniş istəmə təcrübəsi dünyada var. Bu kanal da onun müqabilində o məşhura pul verir ki, bilir ki, ödədiyi məbləğin 10 qatını, bəlkə də çoxunu o efirdən çıxaracaq. Əgər bu gün biz istənilən müğənnini efirə çağırsaq, ilk gün qazandığımız reytinq üçün başımıza pul tökməyəcəklər. Əgər anons verilsə ki, bu gün bizdə qonaq filankəsdir, gəlin yayımın sponsoru olun, o zaman sponsor gəlib məhz həmin müğənninin çəkildiyi yayımın sponsoru olarsa, o zaman demək ki, kanal səndən qazanır. Bu açıq şəkildə hiss olunacaq. O zaman tələb irəli sürə bilərsən ki, pul ver. Kanal da sənin olduğun verilişin buraxılışına qiymət qoyur. Əgər qonaq olan efirdən özüm də mailiyyə qazanmadımsa, sizə nə ödəyim? Yox israrlısınızsa, bu qədər pul qarşılığında efirə çıxacam, bu sizin seçiminizdir. Hər kəs öz seçimində azaddır. Amma mən bildiyim qədərilə bugünkü televiziyaların durumu o qədər deyil ki, efirə məşhuru dəvət edib qarşılığında pul ödəyək. Bir-iki müğənni ola bilər ki, bəlkə də kanal o şəxslə münasibətləri saxlamaq üçün pul ödəyə bilər. O da ola bilər 1-2 proqram baxışı. Bu ənənə halına çevrilə bilməz”.
“Bildiyim qədərilə 3 ya 4 Hiss kimi özünü maraqlı şəkildə ifadə edən ifaçıları kanal əlini-qolunu bağlayıb efirə dəvət edib. Illərdir MTV Azərbaycanda gənclərin də klipləri yayımlanır, verilişlərə qonaq qismində dəvət edirlər. Sözün açığı mən bu barədə eşidəndə ki, Hiss kanal barədə post paylaşıb ki, guya onun hansısa klipinə kanal hansısa xalq artistinin göstərişi ilə qadağa qoyub? Çox təəccübləndim. Araşdırmadan kimisə ittiham etmək əvvəl təəccüb, sonra təəssüf hissi doğurur. Bu bir az da həyat, sənət təcrübəsindən irəli gəlir. Həmin günün səhərisi kanalın musiqi redaktorundan soruşdum ki, məgər biz Hissin kliplərini yayımlamırıq ki? Dedilər ki, həmin post paylaşan gün də 2 klipi efirə gedib. Sonra belə şayiə yayıldı ki, guya o Xalq artisti Röya Ayxandır! Hansı ki, Hissə qadağa qoyub guya... Fikirləşirsən ki, Röya Ayxan hara, Hiss hara?! Gənc və çox istedadlı xanımdır. Kanal hər zaman onu dəyərləndirib. Əgər belə bir şey eşidibsə, bunu kanaldan soruşmalı idi öncə. Bu ən azından etik cəhətdən doğru olardı... ”
“Özüm də “Yeni ulduz 1”də iştirak edən Nigar xanımla ömür-gün yollarımı birləşdirdim. Yarışma bitən kimi bir müddət bizim şirkətdə çalışdı. Biz də orada daha yaxından tanış olduq, mən ona təklif, təkid etdim. Gülür. Bir müddət bir-birimizi tanıyandan sonra evlənməyə qərar verdik. Nigarın şansları olsa da, o oxumaq istəmədi. Özü belə qərar verdi. Ara-sıra seriallara çəkilir. MTV Azərbaycanda yayımlanan “Numerator” verilişinin aparıcılarından biridir”.
“Yadıma gəlir ki, Günay İbrahimli “Yeni ulduz”da olarkən Xalq Artisti Zülfiyyə Xanbabayevanın hansısa mahnısını ifa etməli idi. Ayrılıq səhnəsi idi. Çarpayı qoyduq, qalstuk və s... Səhnə belə idi ki, sevgilisi atıb gedib... Günay bu səhnəni görəndə şoka düşdü ki, bu məndə kompleks yarada bilər, başqa cür qəbul oluna bilər. Evdən icazə ala bilmərəm. Ona təkid etdik ki, bu bir insanın sevgi hekayəsidir, bədii tərəfdən baxmalısan. Amma maşallah Günay İbrahimli indi səhnəmizin ən cəsarətli müğənnilərindən biridir... ”
Ən son xəbərləri səhifəmizdən də izləyin