https://innews.media/uploads/news/2025-05/_innews_bf48feddcbc6f8bb169834d30_o.jpg
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin rektoru Zhanar Temirbekova imzalayıb.
Protokol çərçivəsində akademik heyətin, təhsil alanların və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.
Qazaxıstanın nüfuzlu universitetlərindən biri olan Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin əsası 1991-ci ildə qoyulub. Hazırda universitetdə 9 fakültə fəaliyyət göstərir. Bu universitet “QS Dünya Universitetləri Reytinqi”ndə 801-850-ci pillələrdə yer alır.