logo
"Dostluğun Rəngi"

"Dostluğun Rəngi"

"Dostluğun Rəngi" "Dostluğun Rəngi"

Bəzən bir insan çıxar qarşına.

Sənə evin istiliyini, yuvanın rahatlığını yaşadar. Sözləri sakitləşdirər, gülüşü yaralarını sarar. Dünya səssiz qalsa da, bircə o susmaz, yanında qalar, sən danışmayanda belə səni duyar.

Aysu, mənim ruhuma toxunan əlim,
həyatımda ən gözəl təsadüf,
qəlbimin ən saf guşəsində çiçək açan bahardır. Onunla mübahisə etsək də,
aramıza divarlar hörülsə də,
inanın ki, o divarları yenə də
onun ən çox sevdiyi rəngə boyayaram,
bircə o, ürəyini mənə yenidən açsın deyə. Çünki ona olan sevgim,
dünya durduqca duracaq,
ona olan inamım, səssiz dualarım kimi
heç bir fırtınada itməyəcək.

O, mənim həm dostum, həm ailəm, həm də qəlbimdə taxt quran bəxtimdir. Mən tək ona sarılan zaman içim yuva qoxur. Bir mahnıda deyilir: "Bir ana sevgisi bəslədim sənə, Sən mənim ürəyimdəsən". Mən onu anası kimi sevirəm. Onun telinə gələn zərər, ayağına dəyən daş ən az anasının canını yandırdığıtək canımı yandırar.

 

Könlümün hədiyyəsi 

Sən mənim yanımda bir işıq kimi,
Dostdan belə oldun, sən daha artıq. 
Səmimi baxışlı, saf gülüş kimi, 
Ailəmsən mənim, ruhumdasan artıq.

Sənlə bir gülüş min kədərə dəyər,
Dünyam işıqlanar, ürəyim gülər.
Sən varkən bütün dərdlər uzaq düşər,
Sevincli atışla qəlbim döyünər.
 
Yanımdaykən qorxmuram mən heç nədən,
Küləklər də əsə bilməz qəlbimdən.
Varlığın yetər, bir sözün yetər,
Ümidi, gücü sənlə tapıram mən.

Sevgin sığınacaq, bir isti qucaq,
Yaxşı ki, varsan, sən mənim yanımda.
Sən dar günü asan eyləyən ocaq,
Bacımsan olmasan da öz qanımda.

Səninlə gülüb, susmaq belə gözəl,
Ən soyuq günümdə qəlbimdi isti.
Yaşanan hər anım səninlə özəl,
Sənsiz keçən dəqiqəm də əbəsdi.

Dünyalar dəyişib, yollar ayrılsa,
Səni qəlbimdə daşıram daima.
Gözüm gözlərinə uzaq da qalsa,
Baharımsan, rəng qatarsan anıma.

Sən mənim şansım, şirin həyat payım,
Sənlə gül açır bütün arzularım.
Minnətdaram varlığına can yarım,
Sən gülüncə bitir hər ağrılarım.

Bir ömür varlığın bəs edər mənə,
Dostluğun qoy yazılsın bu könlümə.
Sənlə acım da, sevinc olar mənə,
Xoş gəldin, içi sən dolu qəlbimə. 

Yanında dərd belə bayrama dönür,
Sən varsan deyə dünya gözəlləşir. 
Hər acım, kədərim sənlə bölünür. 
Yoxsansa ürəyim kimsəsizləşir.

Varlığın bir hədiyyə, saf bir bahar,
Ömrüm boyunca dua edirəm sənə
Dostluğun könlümdə ən şirin diyar.
Qəlbdə qal deyə sarılıram sənə.

Uşaqlıq kimi saf gülüşlərində,
İstilik tapıram hər kədərimdə.
Sən mən üçün dost deyilsən sadəcə,
Sən bir yuva, bir nəfəssən içimdə.

Yanında dünya dərdi unudular,
Üzümə qonan gülüşlər açılar.
Səninlə hər anım bir nağıl kimi,
Qaranlıq gecəmdə günəş saçılar.

Bir baxışınla ötürürsən ümid,
Qırıq xəyallarım kamına yetir.
Bir gülüşlə qəlbdə açırsan ümid,
Yaralı könlümə məlhəm gətirir.

Birlikdə keçən günlər yada düşür,
Sənlə susmaq da danışmaqtək şirin. 
Sanki zaman dayanır, ürək gülür, 
Sənlə ağlamaq da bir başqa sevinc.

Göz yaşlarımı gizlətmədim səndən,
Hər acı anımda bir əlsən mənə. 
Sənləsəm, çəkinmirəm heç kimdən, 
Elə bil canımdan ayrı cansan mənə.

Sənin səsinlə dinir bu kainat,
Sən gülüncə çiçəklənir bu həyat. 
İnanmazdım mən belə sevgim olsun, 
Dost adıyla bu könlümə yol salsın.

Adınla başlar dua gecələrim,
Sənə salamatlıq dilər ürəyim.
Çünki sən mən üçün bir hədiyyəsən,
Tanrının qəlbimə əmanətisən.

İtib getsə illər, yollar dəyişsə,
Sənlə yaşanan anlar qəlbdə qalar.
İstəməm özgəylə yolum kəsişə,
Varlığın daim aşiqliyim olar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media