logo
Azərkosmos və Pakistanın “Supernet Limited” şirkəti arasında Kommersiya Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Pakistanın “Supernet Limited” şirkəti arasında Kommersiya Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Pakistanın “Supernet Limited” şirkəti arasında Kommersiya Anlaşma Memorandumu imzalanıb Azərkosmos və Pakistanın “Supernet Limited” şirkəti arasında Kommersiya Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Pakistanın qabaqcıl texnologiya və rabitə şirkətlərindən biri olan “Supernet Limited” arasında peyk rabitəsi sahəsində əməkdaşlığı nəzərdə tutan Kommersiya Anlaşma Memorandumu imzalanıb. 

Memorandum çərçivəsində tərəflər peyk rabitəsi üzrə beynəlxalq bazarlarda birgə fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlıq etməyə, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmağa razılıq veriblər. Sənədin əsas məqsədi peyk texnologiyaları sahəsində tərəfdaşlıq imkanlarını genişləndirmək, innovativ həllərin tətbiqinə töhfə vermək və tərəflərin birgə kommersiya maraqlarına uyğun fəaliyyət göstərməkdir. 

Eyni zamanda, tərəflər gələcək əməkdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə müəyyən məlumatların mübadiləsini həyata keçirməyi planlaşdırır, bu da layihələrin daha effektiv planlaşdırılması və icrası üçün zəmin yaradacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin