logo
Peşəkar inkişaf proqramı çərçivəsində Orxan Səfərovun ustad dərsi təşkil olunub

Peşəkar inkişaf proqramı çərçivəsində Orxan Səfərovun ustad dərsi təşkil olunub

Peşəkar inkişaf proqramı çərçivəsində Orxan Səfərovun ustad dərsi təşkil olunub Peşəkar inkişaf proqramı çərçivəsində Orxan Səfərovun ustad dərsi təşkil olunub

Azərbaycan Cüdo Federasiyasının Goranboyda təşkil etdiyi peşəkar inkişaf proqramı çərçivəsində ustad dərsi keçirilib.

Avropa çempionu və dünya çempionatının mükafatçısı Orxan Səfərovun iştirakı ilə baş tutan dərsdə müxtəlif cüdo fəndlərinin icrası ətraf regionlardan olan uşaq və yeniyetmələrə praktiki şəkildə nümayiş etdirilib.

Orxan Səfərov tədbir iştirakçılarına cüdoçuların əməl etməli olduqları əsas qaydalar barədə geniş məlumat verib, həmçinin şəxsi təcrübəsini bölüşərək, peşəkar inkişaf üçün vacib tövsiyələrini çatdırıb.

Tədbirin əsas məqsədi gənc cüdoçuların texniki bilik və bacarıqlarının artırılmasına, onların motivasiyası və gələcək inkişaf perspektivlərinin gücləndirilməsinə dəstək verməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media