logo
Mirtəhmasib Rəhimov Lerikdə icra başçısının nümayəndəsi vəzifəsinə təyin edildi

Mirtəhmasib Rəhimov Lerikdə icra başçısının nümayəndəsi vəzifəsinə təyin edildi

Mirtəhmasib Rəhimov Lerikdə icra başçısının nümayəndəsi vəzifəsinə təyin edildi Mirtəhmasib Rəhimov Lerikdə icra başçısının nümayəndəsi vəzifəsinə təyin edildi

Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə yeni təyinat olub.

İcra başçısının müvafiq əmri ilə Rəhimov Mirtəhmasib Fərman oğlu ərazi icra nümayəndəsi vəzifəsinə təyin edilib.

O bu vəzifəyə 05.02.2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin müsabiqə üzrə müsahibə mərhələsinə çıxarılmış  və vakant vəzifə üçün keçirilmiş müsahibənin nəticəsi olaraq təyinat alıb.

Məlumat üçün qeyd edək ki, Mirtəhmasib Rəhimov Lerik rayonunun aktiv və potensiallı gənclərindən biridir.

O, dövlət qulluğuna qəbul imtahanlarında həm BB və həm də AC kateqoriyaları üzrə yüksək nəticə göstərərək, müvafiq olaraq BB1 və AC1 sertifikatlarını alıb.

10-dan çox elmi məqalə müəllifi olan Mirtəhmasib Rəhimov 3-cü yüksəliş müsabiqəsinin yeganə müəllim finalçısıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media