logo
BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Xalidə Musayeva vəfat edib

BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Xalidə Musayeva vəfat edib

BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Xalidə Musayeva vəfat edib BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Xalidə Musayeva vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin təsviri incəsənət müəllimi Xalidə Musayeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Xalidə Musayeva 1964-cü il aprelin 18-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1984-1989-cu illərdə Azərbaycan Dovlət İncəsənət İnstitutunun Dekorativ tətbiqi sənət fakültəsində "Xalçaçılıq" ixtisası üzrə təhsil alıb, görkəmli Xalq rəssamı Lətif Kərimovun tələbəsi olub.

1989-cu ildə rəssam kimi peşəkar fəaliyyətinə Xalq rəssamı Eldar Mikayılzadənin yaratdığı Bakı Kooperativ "Xal" Şirkətinə rəssam vəzifəsinə təyin olunmaqla başlayıb. 1989-1993-cü illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət şöbəsində işləyib. 1993-2000-ci illərda Bakı Sənaye Texnoloji Texnikumunda dekorativ-tətbiqi sənət müəllimi, 2000-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində,  2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəsm

kafedrasında rəsm müəllimi vəzifələrində çalışıb. 2012-ci ildə baș müəllim vəzifəsinə təyin olunub. 2016-cı ildən BDU-nun  nəzdində "Gənc istedadlar" liseyində

Təsviri incəsənət müəllimi vəzifəsinə təyin olunub. 

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Xalidə Musayeva yaradıcılığında mənzərə, natürmort və abstrakt janrlara üstünlük verib, təbiətin gözəlliyini, rəngarəngliyini, güllərin incəliyini özunəməxsus tərzdə əks etdirib. Onun yaradıcılığında "Lalələr silsiləsi", "Çay daşları", "Şərq motivi", "Naxçıvan səması", "Gecə-gündüz kompozisiyası"' və s. əsərləri xüsusi yer tutur. Yaradıcılığı boyu əsərləri bir çox sərgi və müsabiqələrdə sərgilənib. 

Xalidə Musayeva 36 illik rəssamliq va pedaqoji fəaliyyəti boyu yüzlərlə istedadlı

tələbə, şagird və rəssam yetişdirib.

BDU-nun və liseyin rəhbərliyi, kollektivi Xalidə Musayevanın vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin