https://innews.media/uploads/news/2025-04/_innews_0911ed9f03a50c548a5af324e_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının (ETL) elmi işçisi Elvira Təhməzli Peşəkar Arıçılar Birliyi və “Qinyətoğulları” arıçılıq təsərrüfatının təşkilatçılığı ilə keçirilən "Arı xəstəliklərindən irəli gələn problemlərin həlli yolları" mövzusunda elmi-praktiki konfransda "Arı xəstəliklərinin diaqnostikasının əhəmiyyəti" mövzusunda çıxış edib.
Şəki şəhərində baş tutan tədbirdə Azərbaycan Arıçılar Assosiasiyasının, KOBİA-nın nümayəndələri, Qazaxıstanın Almatı şəhəri Arıçılar Birliyinin sədri Larisa Siqunova, Rusiya Federasiyasının N.V.Rudnitski adına Şimal-Şərq Federal Kənd Təsərrüfatı Elmi Mərkəzinin Arıçılıq laboratoriyasının rəhbəri Anna Brandorf və İsrailin Kənd Təsərrüfatı Tədqiqat Təşkilatının Entomologiya İnstitutunun baş elmi işçisi Viktoriya Soroker də iştirak ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin