Bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində (BAK) Azərbaycanı təmsil edəcək Milli Elmi Komanda 632 elmi məqalə ilə iştirak edəcək. Bu barədə Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov mətbuat konfransında məlumat verib.
Azərbaycan ABŞ-dan sonra ikinci yerdə
“2023-cü ildə Bakıda keçirilən 74-cü BAK-a 95 ölkədən 3600 elmi məqalə təqdim olunmuşdu. Azərbaycan həmin tədbirdə 214 məqalə ilə ABŞ, İtaliya, Hindistan və Çindən sonra 5-ci yerdə qərarlaşmışdı. Bu il isə 632 məqalə ilə ABŞ-dan sonra ikinci yeri tuturuq”, – deyə İmran Muxtarov bildirib.
KOSMİK Akademiyanın uğurları
6 ayda 8 beynəlxalq layihə həyata keçirilib
340 orta məktəblə əməkdaşlıq qurulub
14 universitet və 2200 tələbə ilə sıx əməkdaşlıq mövcuddur
9 gənclər təşkilatı ilə birgə layihələr icra olunur
Bu uğurlar Azərbaycanın elm və texnologiya sahəsində qlobal miqyasda mövqeyini möhkəmləndirir və gənclərin kosmos sahəsinə olan marağını artırır.
Ən son xəbərləri səhifəmizdən də izləyin