logo
Akademik Şahin Mustafayev Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb

Akademik Şahin Mustafayev Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb

Akademik Şahin Mustafayev Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb Akademik Şahin Mustafayev Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb

Aktauda Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ilə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva arasında görüş keçirilib.

Görüşdə akademik Şahin Mustafayev Aktaunun 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbriklərini çatdırıb və bu qərarın simvolik əhəmiyyətinə diqqət çəkib. Xəzər dənizinin türk xalqları üçün ortaq tarixi və mədəni irsə malik olduğunu deyən Şahin Mustafayev nazirliyə Türk Akademiyasının fəaliyyətinə və elmi layihələrinə verdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Aida Balayeva türk dövlətləri arasında mədəni və akademik əlaqələrin gücləndirilməsinə yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər Türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinin təbliğində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media