logo
BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Əvvəlcə BDU-nun əməkdaş və tələbələri kompleksin ərazisində ucaldılan abidənin önünə əklil və gül dəstələri düzüb, soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.

Daha sonra ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan abidə-muzeyin ekspozisiyası ilə tanış olublar. Kompleksin mütəxəssisləri 1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, memorial Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə yaradılıb. Kompleks 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin