https://innews.media/uploads/news/2025-03/_innews_1c7d2e737213aefbfc5d9d2e9_o.jpg
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərşivəsində Azərbaycanda milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibəti ilə jurnalistlər arasında müsabiqə elan edir.
Müsabiqənin təşkil edilməsində məqsəd medianın diqqətini ailə, qadın və uşaq mövzularına çəkmək, bu istiqamətdə media vasitəsilə faydalı məlumatların yayılmasına, maarifləndirmənin aparılmasına və media nümayəndələri ilə uğurlu əməkdaşlığa töhfə vermək, kütləvi maariflənməni təmin etmək, uğurlu qadınları və Azərbaycanın ailə dəyərlərini təşviq etməkdir.
Müsabiqə iki nominasiya üzrə elan edilir:
I nominasiya - “Ailə mövzularının işıqlandırılması üzrə ən yaxşı yazı”
II nominasiya - “Uğurlu qadınlar haqqında ən yaxşı süjet”
Hər nominasiya üzrə 3 qalib müəyyən ediləcəkdir.
Müsabiqənin şərtlər:
- Namizədin ad və soyadı,
- Namizədin işlədiyi media subyektinin adı,
- Namizədin əlaqə nömrəsi,
Müsabiqəyə qəbul edilən materiallardan 6 ən uğurlu iş Müsabiqə Komitəsi tərəfindən qiymətləndiriləcəkdir.
Müsabiqənin nəticələri Milli Mətbuat Gününün 150 illiyinə həsr edilmiş tədbirdə elan olunacaqdır.
Qiymətləndirmə zamanı nəzərə alınacaq meyarlar:
- dolğun əhatə edilməsi
- ifadə vasitələrinin zənginliyi
- cəmiyyətə nümunəvi, pozitiv mesajın ötürmə dərəcəsi
- mövzuya fərqli yanaşma
- beynəlxalq və yerli statistik məlumatlar
Qaliblər diplom və hədiyyələrlə (noutbuk) mükafatlandırılacaqdır.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Telefon: (+99412) 498 80 93
Mobil : (+99451) 230 45 76
E-mail: informasiya.aqupdk@family.gov.az