logo
BDU-da coğrafiyaçı alimlə görüş keçirilib

BDU-da coğrafiyaçı alimlə görüş keçirilib

BDU-da coğrafiyaçı alimlə görüş keçirilib BDU-da coğrafiyaçı alimlə görüş keçirilib

Bakı Dövlət Universitetində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri prof. Rza Mahmudovla Coğrafiya fakültəsinin müəllim-tələbə heyəti ilə  görüşü keçirilib.

Görüş fakültənin dekanı, c.e.d., prof. Məqsəd Qocamanovun təşəbbüsü ilə baş tutub. Professor  R. Mahmudov tədbirdə «Azərbaycanda regional iqlim dəyişmələri və onun çay su ehtiyatlarına təsiri» mövzusunda geniş məruzə ilə çıxış edib. Alim məruzəsində uzun müddət bu sahədə apardığı tədqiqatlarından, Azərbaycanda regional iqlim dəyişmələrinin mövcud durumundan, onun ölkənin su ehtiyatlarına təsirindən, Xəzər dənizinin səviyyə tərəddüdündən və Azərbaycanda keçirilən COP-29-un əhəmiyyətindən söhbət açıb. Məruzəni böyük maraqla dinləyən iştirakçılar professora verdikləri çoxsaylı suallara qənaətbəxş cavablar alıblar.

Sonda iştirakçıların xahişi ilə xatirə şəkli çəkdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media