logo
Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclası baş tutub

Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclası baş tutub

Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclası baş tutub Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclası baş tutub

Martın 17-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib. İclasın açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Sahibə Qafarova və Valentina Matviyenko salamlama nitqlərində parlamentlərarası əlaqələrin əhəmiyyətindən söhbət açıblar. Hər iki spiker deputatların parlamentlərarası əməkdaşlıq komissiyası çərçivəsində fəaliyyəti barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının “Parlamentarizmin inkişafındakı xidmətlərinə görə” fəxri nişanı təqdim edilib.

Sonra Azərbaycan-Rusiya Parlamentlərarası Komissiya öz işini davam etdirib.

Komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov  və Rusiya Federasiya Şurası sədrinin birinci müavini  Andrey Yatskin gündəlikdəki məsələlər barədə məlumat veriblər.

İclas iştirakçıları təqdim edilən məsələlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası komissiyasının 22-ci iclası başa çatıb.

Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiya tərəfindən üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin