Bildiyimiz kimi martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü oldu. Hər iki ölkə başçısı bəyanatlarla çıxış etdilər.
Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Cənab prezidentimizin də vurğuladığı kimi siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Müvafiq dövlət qurumları sıx təmasda olmalıdırlar.
Bildiyimiz kimi 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
Ən son xəbərləri səhifəmizdən də izləyin