https://innews.media/uploads/news/2025-03/_innews_d12eade49f017fb1e6097d823_o.jpg
Martın 14-də Bakı Slavyan Universitetində (BSU) mart ayı üzrə “İnklüziv təhsil həftəsi“ çərçivəsində xüsusi qayğıya ehtiyacı olan gənclərin rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib.
BSU-nun rektoru Anar Nağıyev sərgi-satış yarmarkasında nümayiş olunan rəsm və əl işlərini yüksək qiymətləndirərək gənclərə təşəkkür edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra BSU-nun rəhbərliyi, struktur bölmələrinin nümayəndələri, professor-müəllim heyəti və tələbələri sərgi-satış yarmarkasına baxış keçiriblər.
Sərgi-satış yarmarkası gənclərin yaradıcılığını və bacarıqlarını təqdim etmələrinə şərait yaratmaq, həmçinin inklüziv təhsilin inkişafına dəstək vermək məqsədilə təşkil edilib.