logo
Cenevrədə gender bərabərliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Cenevrədə gender bərabərliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Cenevrədə gender bərabərliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib Cenevrədə gender bərabərliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Cenevrə şəhərində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) gender bərabərliyinə həsr olunmuş illik konfransı keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.

Konfrans çərçivəsində Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov video müraciətlə çıxış edib. O, dünyada baş verən münaqişələrin qadın hüquqlarının təmininə ciddi təsir göstərdiyini bildirib. Çıxışında müharibələr nəticəsində minalardan əziyyət çəkmiş mülki əhali, əsir və itkin düşmüş insanlar, xüsusilə qadın və uşaqların taleyindən bəhs edib.

Elgün Səfərov, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri, gender bərabərliyinin təmin edilməsi və insan hüquqlarının vacibliyi mövzularına toxunub, beynəlxalq ictimaiyyəti bu istiqamətdə birgə səylər göstərməyə çağırıb

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media