logo
Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstana qarşı ən yaxşı oyunumuzu keçirdik"

Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstana qarşı ən yaxşı oyunumuzu keçirdik"

Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstana qarşı ən yaxşı oyunumuzu keçirdik" Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstana qarşı ən yaxşı oyunumuzu keçirdik"

Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstanla qarşılaşan və matçın başa çatmasına 4 saniyə qalmış məğlub olan Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov görüşlə bağlı innews.media açıqlama verib.

"Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən yalnız 2-ni tora qovuşdura bildik. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və "5-in 4-ə" mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi.

Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağaldıb və fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı "5-in 4-də" oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur" - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Azərbaycan millisi Yunanıstanla ilk qarşılaşmada 2:2 hesablı heç-heçə etmişdi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media