logo
Azərbaycan futzal millisi "Avro-2026"nın əsas mərhələsində Yunanıstana məğlub oldu

Azərbaycan futzal millisi "Avro-2026"nın əsas mərhələsində Yunanıstana məğlub oldu

Azərbaycan futzal millisi "Avro-2026"nın əsas mərhələsində Yunanıstana məğlub oldu Azərbaycan futzal millisi "Avro-2026"nın əsas mərhələsində Yunanıstana məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası "Avro-2026"nın əsas mərhələsində növbəti oyununu keçirib.

innews.media xəbər verir ki, beşinci qrupda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanın qonağı olub. Afinada yerləşən DAIS İdman Arenasında təşkil olunan görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk matç 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Azərbaycan millisi qarşıdakı oyunlarda qələbə qazanaraq turnirdə mövqeyini möhkəmləndirməyi hədəfləyir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media