https://innews.media/uploads/news/2025-03/_innews_1bf0118e0144689573ae799a0_o.jpg
Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışlara qatılıblar.
Bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib.
Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlin, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirov sınaqlarında bacarığını göstərəcək.
Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunan anoloji yarışda mübarizə aparacaqlar.
Ən son xəbərləri səhifəmizdən də izləyin