https://innews.media/uploads/news/2025-03/_innews_36695077b29bd122a70864173_o.jpg
“FCHAIN”in PR meneceri Gunel Musa Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “SmartNation” platforması təşkilatçılığı ilə həyata keçirilən “Su həyatdır!” layihəsinin bağlanış mərasimində iştirak edib.
KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyaların tətbiqini təşviq edən inkişaf proqramının ətraflı müzakirə olunduğu tədbir bu layihənin potensial tərəfdaşlara tanıdılması, su ehtiyatlarının qorunması, davamlı idarə edilməsi və innovativ həllərin təqdimatı üçün vacib platforma rolunu oynayıb.
Qeyd edək ki, “Su həyatdır!” layihəsinin əsas məqsədi Azərbaycanın cənub bölgələrində su ehtiyatlarının səmərəli idarə olunması və yaşıl sahibkarlıq təcrübələrinin təşviqidir. Layihə müddətində 5000-ə yaxın fermerlə görüş keçirilib, onlara su resurslarından səmərəli istifadə və iqlimə uyğun kənd təsərrüfatı texnologiyaları barədə ətraflı məlumat verilib.
"Financial Chain Corporation" dünyanın 15 ölkəsində keyfiyyətli konsaltinq xidmətləri göstərməklə yanaşı, ətraf mühit, təbiət və planet qarşısında məsuliyyətinin fərqindədir və sosial layihələrdə fəal iştirak edir. Şirkət hər kəsi dünyanı daha yaxşı, daha təmiz və daha təhlükəsiz etmək üçün birgə fəaliyyətə çağırır!