https://innews.media/uploads/news/2025-03/_innews_ff0c72719f2ddb18569727170_o.jpg
Martın 6-da Bakı Slavyan Universitetində (BSU) Xarici dil müəllimliyi fakültəsinin nəzdində Rus dili kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Arşın mal alan“ filminin nümayişi və müzakirəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında 3 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşib.
Rus dili kafedrasının müəllimi Fərqanə Nurməhəmmədovanın aparıcılığı ilə keçirilən tədbirdə müəllifi Üzeyir Hacıbəyli və ssenari müəllifi Sabit Rəhman, rejissorları Rza Təhmasib, Nikolay Leşşenko olan “ Arşın mal alan “ filmi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, komediya janrında çəkilmiş bu tammetrajlı bədii film Azərbaycan kinosunun inkişafına əhəmiyyətli təsir göstərmişdir.
“Arşın mal alan“ filminin nümayişindən sonra Xarici dil müəllimliyi fakültəsinin I tədris ili tələbələri film haqqında fikirlərini bölüşüblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin